Yeni növ koronavirus (COVID-19) epidemiyasının ortaya çıxdığı Çində, ölkənin paytaxtı Pekində və ölkənin ən böyük şəhəri olan Şanxayda orta məktəblərdə təhsil və təlimə başlanılıb.

Unikal.org Çin Xinhua xəbər agentliyinə istinadən xəbər verir ki, paytaxt Pekində orta məktəb yuxarı sinif şagirdləri və Şanxaydakı orta və lisey yuxarı sinif şagirdləri təhsillərini yenidən məktəbdə başladığı barədə məlumat paylaşıb. 

Belə ki, məktəbin girişində atəşi ölçülən, anormallıqları müşahidə olunan şagirdlər sağlamlıq müayinəsi üçün təcridxanalara aparılacaqlar.

Bəzi məktəblərdə yeməkxana və yemək salonları şagirdlərdən bir metr aralıda təşkil ediləcək.Pekin Təhsil Komissiyasının verdiyi açıqlamaya görə, şəhərdə təhsil alan 51 min 226 liseydən yuxarı sinif şagirdlərindən 49 min 979-u üzbəüz məktəbə başlayıb.

Açıqlamada, yaxın vaxtlarda digər bölgələrdən şəhərə qayıdan 800-ə yaxın tələbənin 14 günlük məcburi karantində saxlanıldığı, 300-ə yaxın tələbənin daxili nəqliyyat məhdudiyyətləri səbəbiylə şəhər xaricində olduğu qeyd edilib.

Çinin bəzi yerlərində məktəblər ötən aydan bəri yenidən açılır. Mayın 6-da pandemiyanın mərkzi  Uhan şəhərində məktəblərin açılması planlaşdırılır.

Çinin Hubey əyalətinin Uhan şəhərində meydana gələn ölümcül virus 200-dən çox ölkə və bölgəyə yayılaraq pandemiyaya çevrilib. 200 mindən çox insan həyatını itirib, dünyada yoluxan insanların sayı isə 3 milyonu keçib.

Çində virusa yoluxanların sayı 82 min 830 olduğu halda, 4 min 633 adam övirusun qurbanı olub.