Qərbi Afrika ölkəsi olan Qananın Yuxarı Qərb bölgəsində təsirli olan meningit xəstəliyində ölənlərin sayı 43-ə yüksəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yuxarı Qərb Rayon Naziri Hafiz Bin Saleh, mətbuata verdiyi açıqlamada, yanvar ayından bəri bölgədə 273 meningit hadisəsinin aşkarlandığını və onlardan 43 nəfərinin öldüyünü bildirib.

Epidemiya ilə mübarizə çərçivəsində hökumətin pulsuz müalicəyə başlandığı barədə məlumat verən Saleh sakinlərə boyun və baş ağrısı hiss etdikdə dərhal xəstəxanaya müraciət etmələrini xəbərdar edib. 

Qeyd edək ki, beyindən başlayaraq bütün bədənə təsir edən meningit hava ilə ötürülə bilər.