Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə aprelin 27-si 15:30 radələrində Xəzər rayonu, Şağan qəsəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) 234-cü (narkotik) maddəsi ilə məhkum olunmuş Xalid Rzayev idarə etdiyi "MAZ" markalı avtomobillə velosipedlə hərəkətdə olan 2006-cı il təvəllüdlü B.Cəlilovovu vuraraq öldürüb.

Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinnayət işi başlanılıb, araşdırmalar davam etdirilir.