Qvineya Bisau, Seneqaldan sonra Madaqaskarın yeni koronavirusa (COVID-19) qarşı istehsal etdiyi “Covid Organics”  dərmanını da tələb edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Madaqaskar prezidenti Andry Rajoelina özünün “Twitter” hesabında bildirib ki, Qvineya Bissau prezidenti Umaro Sissoco Embalo video konfransda “Covid Organics”i ölkəsinə və qonşu ölkələrə tədarük etməyi təklif edib.

Madaqaskar prezidenti Embaloya təşəkkür edərək, Qvineya Bisau dərmanları şəxsi təyyarədə alacağını söyləyib.

Qvineya Bisau prezidenti də dərmanı ölkələrində COVID-19 tutan insanlarda istifadə edəcəklərini ifadə edərək “Bu kəşfə inanıram, Afrikaya Afrikalı kimi inanmalıyıq” deyə bildirib.

Qeyd edək ki, Seneqal, Madaqaskardan “Covid Organics”i sifariş edən ilk ölkə olub.

Xatırladaq ki, Madaqaskar Tətbiq Tədqiqat İnstitutu (IMRA) alimləri, ölkədə malyariyanın müalicəsində istifadə olunan artemisia bitkilərinin qarışığı olan “Covid Organics” immun gücləndiricisini hazırlayıblar. IMRA baş direktoru Çarlz Andrianjara, dərmanın profilaktik təsirlə yanaşı müalicəvi təsirə də sahib olduğunu izah edib.

Belə ki, ölkə prezidenti Rajoelina 20 apreldə COVID-19-a qarşı müalicəsində iddia etdiyi dərmanı  kameralar qarşısında içib.

Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanların və ənənəvi tibbin COVID-19 əlamətlərini yüngülləşdirdiyini etiraf etsə də, lakin bu maddələrin xəstəliyin qarşısını aldığı və ya sağalacağına dair bir dəlil olmadığını bildirib.