Türkiyənin Antaliya şəhərində 35 metr hündürlükdə qayalığa çıxaraq şəkil çəkdirən gənc qadın həyatından olub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan vətəndaşı olan 31 yaşlı Olesia Suspitsina adlı  qadın yaxın dostu ilə birlikdə 35 metr hündürlükdə olan qayılığa şəkil çəkdirmək üçün çıxıb, daha sonra tarazlığını itirərək qayalıqdan dənizə düşüb. 
 
Hadisə yerinə polis işçi qrupları və dəniz polisi sövq edilib. Belə ki, gənc qadının cansız bədəni qayıqla Kaleiçi Yat Limanına gətirilib. Şəxsiyyət vəsiqəsi olmayan Suspitsinanın məlumatları fotoşəkil çəkilərək polis sistemi vasitəsi ilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.