ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ya sağlamlığının yerində olmadığı barəsində yayılan iddialarını qiymətləndirib. Tramp mövzu ilə bağlı bir fikrinin olduğunu, ancaq indi izah edə bilmədiyini söyləyib.

Unikal.org ABŞ KİV-ə istinadən məlumat verir ki,  Ağ Evdəki mətbuat konfransında Tramp, Şimali Koreya lideri Kimin sağlamlığının pis olması ilə bağlı iddialarına cavabında, “Bu barədə bir fikrim var, ancaq bu anda deyə bilmərəm. Çox uzaq olmayan gələcəkdə Kimdən eşidə bilərik” deyə bildirib.

Həmçinin də, Kimlə yaxın münasibətlərinin olduğunu bildirən Tramp, “Əgər ABŞ prezidenti olmasaydım, indi Şimali Koreya ilə müharibə edərdik” deyə qeyd edib.

Xatırladaq ki, son həftələrdə Şimali Koreyanın lideri Kimin sağlamlığının yerində olmadığı və ya öldüyü barədə şayiələr yayılıb. Bir qrup Çin həkiminin, Kimin vəziyyətini öyrənmək üçün bu ölkəyə getdiyi və Şimali Koreya liderinin aprelin 12-də ürək-damar əməliyyatı keçirdiyini və sağalma prosesində olduğunu bildirib. Hong Kong Peyk Televiziyası, Kimin öldüyünü açıqlasa da,  bu xəbər heç bir orqan tərəfindən təsdiqlənməyib.

Şimali Koreyanın qurucu lideri olan babası Kim İl-Sungun 15 apreldə doğum gününü qeyd etməsi də daxil olmaqla, böyük hadisələrdən kənarda qalması sağlamlığı ilə bağlı fərziyyələrə səbəb olub. 

Gülayə Mecid