ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yeni növ koronavirus (Kovid-19) simptomları siyahısına yenilərini daxil edib.

Unikal.org xəbər verir ki, ABŞ Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi, yeni növ koronavirus xəstəliyinin əlamətlərinə altı yeni əlamət əlavə edib. ABŞ mütəxəssislərinin fikrincə, koronavirusun yeni əlamətləri; titrəmələr, təkrarlanan soyuqluqlar, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, dad və qoxu itkisi də ola bilər. 

Qeyd edək ki, ABŞ Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi (CDC) əvvəllər yalnız üç simptomu Kovid-19 simptomu hesab edirdi. Bunların atəş, öskürək və nəfəs darlığı olduğu bildirilib. Ancaq xəstələrin sayının artması ilə xəstəliyin əlamətləri baxımından yeni tapıntılar əldə edilməyə başlanılıb. 

Daha sonra mərkəz, tövsiyələrini yeniləyib, simptomlar siyahısına altı yeni simptom əlavə edərək, bunların,  titrəmələr, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, dad və qoxu itkisi ilə təkrarlanan soyuqluqlar kimi müəyyən edilib.

Belə ki, Kovid-19 ilə yoluxanların  infeksiyadan iki ilə 14 gün ərzində bu simptomlardan birini və ya daha çoxunu göstərməsi gözlənilir.