Rusiyada son 24 saat ərzində 6 min 411 yeni koronavirusa yoluxma halı  aşkar edilib.

Unikal.org xəbər verir ki, Rusiya Koronavirus Böhranlara Qarşı Mübarizə Mərkəzi, son 24 saat ərzində ölkədə baş verən yoluxanlarının sayının 6 min 411 artdığını açıqlayıb.

Beləliklə,ölkədəki  yoluxanların ümumi sayı 93 min 555-ə yüksəlib. Ölənlərin sayı son sutkada 72 nəfər artaraq 867-yə çatıb.

Qeyd edək ki, xəstəliyin ilk erkən mərhələlərində bir çox Avropa ölkəsinə nisbətən daha az yoluxma hallarının olduğunu bildirən ölkədə bu ay sayı kəskin şəkildə artmağa başlayıb.