İmişlidə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə  Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2 700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.