İranın Cənubi Xorasan əyalətində baş verən yol qəzasında 12 nəfər ölüb.

Unikal.org İranda yayımlanan “Əsriran” xəbər saytına istinadən xəbər verir ki,  səhər saatlarında Serbişe rayonu yaxınlığında bir soğan yüklü yük maşını və avtobus toqquşub.

Güney Horasan Təhlükəsizlik Müdiri Ali Rıza Rızayi, qəzada 12 nəfərin öldüyünü və 8 adamın yaralandığını bildirib.

Yaralıların bəzilərinin xəstəxanaya qaldırıldığını deyən Rızayi, qəzanın səbəbinin araşdırıldığını sözlərinə əlavə edib.