Cənubi Amerikada, Braziliyada, son 24 saat ərzində yeni bir koronavirusun (COVID-19) yayılması səbəbindən 338 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, COVID-19 nəticəsində ölənlərin sayı 338 artaraq 4 min 543, virusa yoluxanların sayı isə 4 min 613 nəfər artaraq 66 min 501-ə çatıb.

Qeyd edək ki, əhalisi 210 milyona çatan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.

Bölgədə ilk COVID-19 və virusla əlaqəli ölüm hadisəsi də Braziliyada meydana gəlib.