Dünya koronavirus epidemiyası ilə mübarizə apararkən Şimali Koreya lideri Kim Çen Inın öldüyü iddiaları gündəmin ən əsas mövzularından biri olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Şimali Koreyanın lideri haqqında demək olar ki,  son günlərdə  müxtəlif fərziyyələr səslənib. 12 apreldə ürək əməliyyatı keçirərkən öldüyü iddia edilən məlumata Yaponiya mətbuatı açıqlama gətirərək, sağ olduğunu bildirib. 

Belə ki, bu yaxınlarda vəfat etdiyi bildirilən Şimali Koreya lideri Kim Çen In, cansız bədənini şüşə tabutda göstərən fotoşəkildə ortaya çıxıb. 

Kim Çen Inın cansız bədənini bir şüşə tabutda göstərən, hələ də öldüyünü və ya sağ olmasını sirr olaraq qoruyan foto, bütün dünyada çaşqınlıq yaradıb. Sosial mediada tez bir zamanda paylaşılan minlərlə fotoşəkildə Kimin atasının cənazəsinə aid olması bildirilib.