Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində Kanal adlanan ərazidə qeydə alınıb. 

 “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayıb və yolayrıcına daxil olub. Bu zaman “Hyundai” işıqforum yaşıl işığında dönmə əməliyyatını yerinə yetirən “Opel” markalı avtomobilə çırpılıb. 

Videonu paylaşanlar hadisənin aprelin 7-də baş verdiyini və qəza zamanı bir nəfərin öldüyünü bildiriblər.