İspaniyada COVID-19 səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 301 nəfər artaraq 23 min 822-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi, ölənlərin və COVID-19 pandemiyası ilə əlaqəli yoluxanların  sayını yeniləyib.

Dünən 331 olaraq açıqlanan itki sayında artım bu gün 301-ə düşüb. Epidemiyadan ölənlərin ümumi sayı 23 min 822 nəfərə çatıb. Digər tərəfdən, koronavirusa yoluxanların sayı son sutkada 673 nəfər artaraq, 102 min 548-ə yüksəlib.

Ölkədə COVID-19-a qarşı görülən tədbirlərə əsasən mayın 9-dək davam edəcək fövqəladə vəziyyət rejiminin mayın 24-dək uzadılması gözlənilir.