Zooparkdakı bir ayı qəfəsinə ipin köməyi ilə enən 36 yaşlı turist, yemək üçün uzatdığı düyü qabı ilə ayını qəzəbləndirib.

Unikal.org xəbər verir ki,  36 yaşlı Naifhum Promratee adlı turist getdiyi zooparkda ayının qəfəsinə düşərək ona düyü yedirməyə çalışıb, həmin anları daha əyləncəli etmək istəyən gənc,  ayı ilə zarafat etməyə başlayıb. 

Qidanı ala bilmədikcə ayının qəzəbinə tuş gələn gənc  həyatını riskə atıb. Belə ki, qəzəblənən ayı gəncə hücum edərək onu yaralayıb.  Hadisədən xəbər tutan zoopark işçiləri gənci ayının pəncəsindən xilas edə biliblər. 

Xəstəxanaya aparılan 36 yaşlı kişi ağır hadisədən sonra möcüzəvi şəkildə sağ qalmağı bacarıb.