Türkiyədə koronavirusun yayılması səbəbiylə bağlanan ticarət mərkəzlərinin yaxın günlərdə açılacağı bildirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən  xəbər verir ki, bu günə qədər bağlı qalan ticarət mərkəzləri qapılarını Ramazan bayramına yaxın açmağı planlaşdırır. Ticarət Mərkəzləri və İnvestorlar Birliyi sədri Hüseyin Altaş ticarət mərkəzlərindəki son durum haqqında danışıb. 

Belə ki, Hüseyin Altaş Alış-Veriş Mərkəzlərini tədricən may 11-i və iyun ayının əvvəllərində tam gücü ilə açmağı planlaşdırdıqlarını söyləyib.

Ticarət mərkəzlərini qadağasız bağladıqlarını bildirən Altaş “Pandemiya başlayan kimi, ticarət mərkəzlərinin bağlanması ilə əlaqədar bir tövsiyə verdik və tətbiq etdik. Bizim üçün əhəmiyyətli olan insanların sağlamlığıdır” deyə açıqlama verib. 

Həmçinin də, Altaş,  şirkətləri bağladıqdan sonra ticarət mərkəzlərinin bağlandığını və böyük bir seqmentin iş edə bilmədiyini bildirib. Ticarət mərkəzlərinin açılması üçün pərakəndə satış şirkətlərinin tələbi formalaşmalıdır. “Mən ticarət mərkəzlərini açacağam, amma böyük şirkətlər kepenklərini çıxarmazlar. Bu olmamalıdır. Pərakəndə satıcılar bizə lazımi tələbi çatdırırsa və Elm Şurası heç bir çatışmazlıq görmürsə, mayın 11-dən tədricən açmağa hazırıq” deyə qiymətləndirmə aparıb.