Belçikada koronavirusun yeni növü (COVID-19) epidemiyasına yoluxanların sayı son 24 saat ərzində 647 artaraq 47 min 334-ə çatıb.

Unikal.org xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən şərhdə, son 24 saat ərzində ölkədə 123 nəfər xəstəxanaya qaldırılıb və 65 nəfər xəstəxanadan sağalaraq evə buraxılıb. 

Açıqlamada, son sutkada  COVID-19-a yoluxan insanların sayının 647 artaraq 47 min 334-ə çatdığı, 134 adamın öldüyü ifadə edilib. 

Beləliklə, həyatını itirənlərin sayı 7 min 331-ə yüksəlib. Onların 46 faizi xəstəxanalarda, 53 faizi qocalar evlərində dünyasını dəyişib.