İngiltərədə son zamanlarda xroniki xəstəliyi olmayan uşaqların iltihablı bir sindrom səbəbindən vəfat etdikləri xəbərləri yayılır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Matt Honkok açıqlama verib. O bildirib ki, həmin xəstəliyin koronavirusla əlaqəli olduğu təxmin edilir. 

Bu fikrin sübut olunması üçün araşdırmalar davam etdirilir. Onu da qeyd edək ki, nadir görülən bu xəstəliyə yoluxanların bəzilərində koronavirus testinin nəticəsi neqativ çıxıb.

Yəni, bu iltihablı xəstəliyin "Covid-19"la əlaqəli olub-olmadığı dəqiq deyil.