ABŞ-da koronavirus xəstələrini müalicə edən həkim intihar edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə koronavirusun ən geniş yayıldığı ştat olan Nyu-Yorkda baş verib. Nyu-York Presbiterian xəstəxanasına çalşan Lorna M. Brin naməlum şəkildə intihar edib.

İntihar edən qadın həkimin çox sayda ölümə şahid olduğu bildirilib. Lornanın atası "O işini çalışdı və bu, onu öldürdü" açıqlamasını edib. O həmçinin qeyd edib ki, qızının heç bir psixoloji problemi olmayıb.