Suriyanın Afrin şəhərində baş verən terror aktında 40 nəfər həyatını itirib. 

Unikal.org Türkiyə KİV-nə isitnadən xəbər verir ki, partlayıcı quraşdırılmış yanacaq dolu maşın Afrin şəhərinin mərkəzində insanların cəmləşdiyi Racu küçəsində partladılıb. Hadisə nəticəsində 11-i azyaşlı olmaqla 40 nəfər ölüb, 47 nəfər yaralanıb.

Terror aktının PKK qruplaşmasını tərəfindən törədildiyi məlum olub. Partlayış nəticəsində ətraf ərazilərə ciddi ziyan dəyib. Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb.