Fransada koronavirusdan ölənlərin sayı hər gün artmağa davam edir.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə daha 367 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının sayı 23 660-a çatıb.

Koronavirusa yoluxanların ümumi sayı isə 1520 nəfər artaraq 197 589-a yüksəlib. Qeyd edək ki, Fransada koronavirusdan ölənlərin pik sayı aprel ayının əvvəllərində müşahidə olunub.