Cənubi Amerika ölkəsi Braziliyada, son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən 474 nəfər həyatını itirib. Ümumilikdə, epidemiyadan ölənlərin sayı  5 min 17-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, COVID-19 nəticəsində ölənlərin sayı 474 artaraq 5 min 17-yə, virusa yoluxanların sayı isə 5 min 385 artaraq 71 min 886-ya yüksəlib.