Dünyada 215 mindən çox insanın ölümünə səbəb olan koronavirusun daha bir ölümcül simptomu ortaya çıxıb.

Unikal.org xəbər verir ki, reanimasiya şöbəsində koronavirus terapiyasından keçən aktyor Nik Corderonun sağ ayağı virusun yaratdığı laxtalanma ilə kəsilib. Bu hadisədən sonra həkimlər Kovid-19 xəstələrində qan laxtalanma dərəcəsinin digər xəstəliklərə nisbətən daha yüksək səviyyədə olduğunu bildiriblər.

Laxtalanma, ölümcül ağciyər arteriyasının qəfil oklüziyasına, infarkt və vuruşa səbəb olur.

Nyu-York xəstəxananın həkimi Şari Brosnahan,”Mənim 40 yaşımda reanimasiya şöbəsində laxtalanan xəstələrim var. Düşünürəm ki, reanimasiya şöbəsində barmaqlarını itirəcəklər və başqa səbəblərə görə yox, virusa görə yalnız barmaqlarını itirəcəklər” deyə açıqlama verib. 

Həmçinin də, “Xəstələrdən biri əlində və ayağında qan dövranının olmamasından əziyyət çəkir. Mən bunu, amputasiyanı, yəni uvusu kəsmək lazım ola biləcəyini düşünürəm. Əgər əzalar kəsilmirsə, əllər və ayaqlar öz başlarına düşə biləcək qədər zədələnə bilər. Qan laxtaları yalnız əzalara deyil, ağciyər, ürək və beyin üçün də təhlükəlidir. Çünki bu bölgələrdə laxtalanma ölümcül ağciyər arteriyasının qəfil tıxanmasına, infarkt və vuruşlara səbəb ola bilər” deyə qeyd edib.

Qeyd edək ki, Hollandiyadan Tromboz Tədqiqatları Jurnalı tərəfindən yayımlanan son bir araşdırma, bu ölkədə 184 xəstənin 31 faizinin trombotik fəsadlarla qarşılaşdığını ortaya qoyub. Tədqiqatçılar bu rəqəmin olduqca yüksək olduğunu bildiriblər. Nəticədə, amputasiya sürəti (hər hansı bir orqanı kəsmək) yüksək deyil. Trombotik epizodlar və ya tromboz, damar içərisində qan laxtalanması, ürək, ağciyər və damarlarda tıxanmalara səbəb olur.

Nyu-York Presbyterian Xəstəxanasından Doktor Behnood Bikdeli, məsələni öyrənmək üçün beynəlxalq ekspert konsorsiumu qurub. Komandanın nəticələri Amerika Kardiologiya Jurnalında dərc edilib.Buna görə mütəxəssislər Kovid-19 xəstələri üçün risklərin böyük olduğunu müəyyənediblər. “Koronavirus xəstələrini sınaqdan keçirməzdən əvvəl profilaktik, profilaktik qan incəldiriciləri götürmələri lazım ola bilər” deyə  Doktor Bikdeli bildirib. 

Gülayə Mecid