ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilənlərin sayı 10 150 nəfərdir.

Unikal.org  xəbər verir ki, bu barədə ştatın qubernatoru Enrdyu Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, ötən gün ərzində Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 300-ə yaxındır.

"Ölənlərin sayı 299 nəfərdir. Bu rəqəm hələ yüksək sayda qalır və bizim görmək istədiyimiz səviyyəyə düşmədi", - Kuomo deyib.

O, həmçinin çoxlu sayda insanın hər gün xəstəxanaya daxil olmasını qəbuledilməz adlandırıb. Cümə günü xəstəxanaya 831 nəfər yerləşdirilib, bundan bir gün əvvəl həmin rəqəm 954 təşkil edib.

Nyu-York ştatı ABŞ-da koronavirusa epidemiyasının mərkəzindədir. Cümə günü bir gün ərzində 289 itki haqqında bildirilirdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.