Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı sərhəddə odlu silahdan bir neçə atəş açılıb.
Bu barədə Unikal.org “Ryonhap”a istinadən xəbər verir.
“Bu gün səhər saat 07:41-də (Bakı vaxtı ilə saat 02:41-də) demarkasiya xəttinin mərkəzi ərazisindən müşahidə postuna (Cənubi Koreya-red) bir neçə atəş açılıb”, - agentlik hərbçilərə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Cənubi Koreya hərbçiləri Şimali Koreya istiqamətinə iki atəşlə cavab veriblər.
Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.