Türkiyənin Bitlis əyalətində terrorçularla polis arasında atışma baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sehi bölgəsində polis əməkdaşları ilə terrorçular arasında baş verən atışmada iki polis şəhid olub, daha dördü isə yaralanıb.
Hazırda bölgədə antiterror əməliyyatı aparılmaqda davam edir.