Ötən günlərdə Türkiyə koronavirusla mübarizə məqsədilə ABŞ-a tibbi yardım etmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ABŞ Xarici İşlər Naziri Mayk Pompeo Türkiyə tərəfinə öz təşəkkürünü bildirib. Onun açıqlamasında deyilir: 

"NATO müttəfiqimiz olan Türkiyəyə minnətdarıq. Türkiyənin etdiyi yardımlar koronairusla mübarizə aparan bütün amerikan şirkətlərinə ciddi kömək olur. Bu vəziyyətdən birlikdə çıxacağıq və heç olmadığı qədər güclü olacağıq"