Bütün dünyada tüğyan edən yeni növ koronavirusun (Covid-19) ən geniş yayıldığı ölkə ABŞ-dır.

Unikal.org xəbər verir ki, artıq ölkədə pandemiya qurbanlarının sayı 67 444-ə çatıb. Virusa yoluxanların sayı isə 1 160 774-ə yüksəlib. Sağalanların sayı isə 173 725 nəfər olaraq açıqlanıb. 

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.