Yeni növ koronavirus (Covid-19) infeksiyasının meydaqna gəldiyi şəhərin Uhan olduğu artıq hər kəsə məlumdur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu pandemiyanın yayılması turizm sahəsinə çox böyük zərbə vurub. Sosial Elmlər Mərkəzindən verilən məlumata görə, koronavirus sona açtdıqdan sonra ən çox turist axımının baş verəcəyi yer Çinin Uhan şəhəridir.

Araşdırmalara görə, əksər insanlar hal-hazırda Uhanı görmək istəyirlər. Eyni zamanda hər zaman bu siyahının ən yuxarı sıralarında yer alan ABŞ koronavirusun geniş yayılması səbəbindən sıralamaya daxil ola bilməyib.