Ötən müddət ərzində ictimaiyyət qarşısına çıxmadığı üçün Şimali Koreya lider Kim Çen Inın öldüyü iddia edilmişdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, may ayının 1-də ölkəsində gübrə zavodunun açılısında iştirak edərək şübhələri aradan qaldırdı. Həmin açılış mərasimindən xeyli fotolar yayılmışdı.

Həmin fotolardan birində Kim Çenin qolunda yara olduğu görünür. Həkimlər bununla bağlı "Sağ biləyindəki yara onun ürəklə əlaqədar əməliyyat keçirdiyini göstərə bilər. Bu yara izi olduğu yerdə damarlara stent taxılması məqsədilə yaranmış ola bilər" deyiblər.

Bu iddialardan yola çıxaraq Amerika mətbuatı Şimali Koreya liderinin ürək əməliyyatı keçirdiyini yazıb.