Belarusda son sutkada koronavirusa yoluxanların sayı 877 nəfər artaraq 16 min 705-ə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, gün ərzində daha iki xəstə ölüb, bununla da pandemiya qurbanlarının sayı 99 olub. İndiyədək xəstəlikdən 3196 nəfər sağalıb. Ölkə üzrə 204 239 test aparılıb.