ABŞ-da son sutka ərzində daha 29 078 nəfər koronavirusa yoluxub. 

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Son 24 saatda ölkədə 1 400 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, universitetin açıqlamasına görə, bu günə kimi, ABŞ-da 1,1 milyon insan koronavirusa yoluxub, 66 mindən çox insan həyatını itirib.