Türkiyənin Ankara, İstanbul İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağasının müddəti yenidən uzadılıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Türkiyədə qadağanın müddəti mayın 4-ü yerli vaxtla saat 00:00-a qədər uzadılıb. Məsələ ilə bağlı sabah Ərdoğanın sədrliyi ilə keçiriləcək videokonfransda əlavə qərarlar qəbul ediləcək.