ABŞ prezidenti Donald Tramp, koronavirus peyvəndi üzərində çalışmalarım aparıldığını və 2020-ci ilin sonuna qədər hazır olacağını söyləyib.

Unikal.org xarici kİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Fox News” kanalının qonağı olan  Tramp, COVID-19 ilə mübarizə və gözlənilən nəticələr barədə qiymətləndirmələr aparıb.

Tramp, ABŞ-ın epidemiya ilə mübarizədə müvəffəqiyyətli bir proses apardığını  və görülən tədbirlər çərçivəsində bəzi iqtisadi cəhətdən qapalı dövlətlərdə həyatın tədricən bərpa edilə biləcəyini qeyd edib.

Son proqnozlara görə Tramp, təxmin edilən yoluxma və ölüm nisbətləri ilə əlaqədar suala cavab verərək ölkədə 80 ilə 90 min insanın öldüyünü bildirib. Xatırladaq ki, ötən həftə Ağ Evdə edilən açıqlamada ölənlərin sayının 60 ilə 65 min arasında olacağını bildirən Tramp, “65 min dedim, indi 80 ilə 90 minə deyirəm, çünki çox sürətli arta bilər” deyə ifadəsində dəyişiklik aparıb.

Həmçinin də, virusla əlaqədar peyvənd tədqiqatlarına toxunan Tramp, lazımi peyvənd üzərində çox iş görüldüyünü və 2020-ci ilin sonunadək hazır olacağını bildirib.

“Düşünürük ki, ciddi izləmə nəticəsində gözlədiyimiz peyvəndi 2020-ci ilin sonunadək tapacağıq. İndi modellərimiz var və tədarük xəttini qururuq” deyə, Tramp  bildirib.