Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyada həyat yoldaşını döyərək  və 4 aylıq körpəsini qaçıran ata polis tərəfindən zərərsizləşdirilib. 

Belə ki, ananın şikayəti əsasında hadisə yerinə polis qrupu sövq edilib. Körpənin boynuna bıçaq dayayan ata, polisin "körpəni burax" xəbərdarlığına baxmayaraq, “Məni buraxın, körpəni verməyəcəm” deyərək qaçmağa başlayıb.

Daha sonra polis şübhəlini istirahət parkında mühasirəyə alıb.  Körpəsinin başını kəsməklə təhdid edən ata,  “günah məndən getdi” deyərək bıçağı 4 aylıq körpəsinin boğazına yaxınlaşdırıb.  Həmin anda polislər şübhəli şəxsi ayağından yaralayaraq, onu zərərsizləşdirib. Polislərin uğurlu əmliyyat sistemi nəticəsində 4 aylıq körpə qurtularaq, anasına təhvil verilib. Hadisəni törədən ata,polis tərəfindən saxlanılıb  və barəsində cinayət işi açılıb.