Almaniyada koronavirusdan ölənlərin sayı son 24 saatda 43 nəfər artaraq 6 min 692-yə çatıb.
Unikal.org Alman mətbuatına istinadən xəbbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son sutkada ölkədə 679 insana koronavirus diaqnozu qoyulub.
Beləliklə, Almaniyada yoluxanların sayı 163 min 175-ə, ölənlərin sayı isə 43 nəfər artaraq 6 min 692-yə yüksəlib.