Kanada da koronavirus pandemiyasından  son ölüm və yoluxma hallarının sayı açıqlanıb.

Unikal.org Kanada mətbuatına istinadən xəbər verir ki, Kanada Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkə daxilində  son günlərdə koronavirusdan 312 nəfər həyatın itirərək, ümumi ölü sayı 3 min 744-ə, yoluxma halları isə 4 min 664 nəfər artaraq 59 min 474-ə yüksəlib.

Qeyd edək ki, Kanadanın, Ontario, Kvebek, Alberta, Manitoba və Saskaçevan əyalətlərində, COVID-19 yayılması səbəbiylə bağlanan bəzi müəssisələrin bu gündən etibarən yenidən açılmasına icazə verilib.

Buna görə, Manitoba, Saskaçevan və Alberta şəhərlərində yarım tutumlu muzeylər, kitabxanalar, pərakəndə ticarət müəssisələri və restoranlar açılacağı bildirilib.