İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mançini, futbolçunun yaşının onun üçün əhəmiyyətli olmadığını deyib:

“Məşqçilər heyətində gənc futbolçuları daim izləyənlər var. Yaxşı oyunçular varsa, onları milliyə çağıra bilərəm. Futbolçunun yaşı mənim üçün vacib deyil. Əsas olan texnikası və xarakteridir. 16 yaşımda “Bolonya” klubunda debüt etdiyim üçün belə danışıram”.