Ölkənin sərhədlərinin kilometrlərlə tikanlı məftillər və ya dağlar və dərələr ilə ayrılması fikri bəzi ölkələr üçün keçərli deyil. Dünyada fərqli sərhəd xətləri olan ölkələrdən biri Hollandiya ilə Belçika arasındadır. Baarle qəsəbəsindəki bəzi evlərdən keçən insanların gündəlik həyatı olduqca maraqlıdır.

Unikal.org məlumat verir ki, Baarle qəsəbəsindən keçən sərhədin bir tərəfi Hollandiya, digər tərəfi Belçikadır. Belə ki, sərhəd xətti, hətta bəzi yerlərdə evlərin, dükanların və müəssisələrin ortasından keçir. 

Həmçinin də, qəsəbə əhalisi üçün yeganə vacib məqam; ön qapının hansı ölkəyə baxmasıdır. Çünki onlar ön qapının açıldığı ölkənin qanunlarına tabedirlər. 
Bu iki yaşayış məntəqəsinin həm Belçika, həm də Hollandiya üçün eyni anda açıq qapıları var. Belçika, Baarle-Hertog şəhəri, 22 yaşayış məntəqəsindən ibarətdir. Bunlar Hollandiya torpağı ilə əhatə olunmuş kiçik yerlərdir.

Hollandiyanın Baarle-Nassau şəhəri isə səkkiz yaşayış məntəqəsindən ibarətdir. Bu mürəkkəbliyin qarşısını almaq istəyən yerli idarəçilər, sərhədləri anlamağı asanlaşdırmaq üçün sərhəddəki səkiləri işarələrlə qeyd ediblər. 

Həyatını bu kəndlərin Holland hissəsində bu günə qədər yaşayan xanım Van Qool məlumat verir ki, bölgədə qaçaqmalçılıq tez-tez edilir. İnsanların gömrükdə diqqəti cəlb etməmələri üçün xüsusi geyimlər geyindiklərini ifadə edən,  Qool nümunə olaraq paltarlarının altından kərə yağı keçirtmək istəyən qadınlardan bəhs edib.

Yaxşı və pis kimi təsvir edilə biləcək hər iki ölkənin aspektlərinə toxunan Qool, bu gün Belçikada hazırlanan çörəyin daha dadlı olduğunu və benzinin Hollandiyadakından daha ucuz olduğunu bildirib.

“Hələlik ümumi problemlərə diqqət yetirmək əməkdaşlığı inkişaf etdirir. Kanalizasiya, işıqlandırma və yol tikintisi ilə bağlı danışıqlar həmişə qaçılmazdır. Əks təqdirdə, əvvəllər olduğu kimi, bir tərəf də kərpiclə yol qurmaq istəsə, digər tərəfi yola asfalt qoymaq istəyə bilər” deyə, Qool məlumatında bildirib.