Dünyanın ən təhlükəli narkotik qaçaqçılarından hesab olunan və bir vaxtlar həbsxanada yatan türkiyəli Nejat Daş uzun müddət sonra saxlanılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nejat Daşın həbsinə səbəb ölkəyə gizli yolla külli miqdarda pulun gətrilməsidir. 

Belə ki, polis Kapıkule Sərhəd keçid məntəqəsindən Türkiyəyə daxil olan tırda bəyan edilmədən ölkəyə 300 min funtsterlinq gətirilməsi xəbərini alıb. Əməliyyat təşkil edən polis Nejat Taşı və adamlarını saxlayıb. 

Bölməyə gətirilən N.Daşın sorğusu davam etdirilir.