Türkiyənin Adana şəhərində karantin qaydalarını pozan şəxslər tutulub. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adana Təhlükəsizlik və Asayiş Şöbə Müdirliyinə bağlı Əxlaq Büro qrupları, bəzi yerlərin karantin qaydalarını pozması barədə xəbər alıb.

Məlumata əsasən,  hadisə yerinə gələn polis işçiləri yeni növ koronavirus tədbirləri altında qəhvəxanaların bağlandığına baxmayaraq qumar oynayan bir qrup qadın saxlanılıb. 

Belə ki, Adanada bir qrup qadın koronavirus qaydalarına məhəl qoymadan, bəzi yerləri qəhvəxanaları qumarxanaya çevirib. Saxlanılan şəxslər, cinayət məsuliyyətinə cəlb edilib. Tutulan qadınların ilkin ifadəsində, “Gün edirdik, qumar oynamırdıq” deyə açıqlama veriblər.

Polis qrupları hadisə yerindən 8 min 450 lirəlik (2028 azn)  kart və möhür ələ keçirib.