Koronavirus pandemiyası səbəbiyə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı yeni iddia ortaya çıxıb.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqada növbəti mövsüm oyunlar boş tribunlar qarşısında keçirilə bilər. Məlumata görə, liqa rəhbərliyi və klub təmsilçiləri 2020-21 mövsümünün azarkeşsiz keçirilməsini, yalnız koronavirus əleyhinə peyvənd tapılacağı halda, matçlarda tərəfdarların iştirakına icazə verilməsini müzakirə edir.
Premyer Liqa klublarının İngiltərə hökumətinin icazə verəcəyi halda, cari mövsümün tamamlanmasına hazır olduğu bildirilir.