Türkiyənin Siirtin Pervari rayonunun Herv Təpə bölgəsində kəşfiyyat və nəzarət işləri zamanı  bir nəfər əsgərin,  minaya düşməsi nəticəsində şəhid olduğu bildirilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Siirt Qubernatorluğundan edilən yazılı açıqlamada, “4 May 2020 Hik Təpə bölgəsində təhlükəsizliyə sahib olmaq üçün 3-cü Motosiklet Piyada Batalyonu Komandanlığı tərəfindən həyata keçirilən kəşf və nəzarət işləri zamanı 1 əsgər, köhnə hesab edilən minaya addım atmaqla yaralanıb. Yaralı,  Şırnak Jandarma Region Komandanlığından götürülən S-70 helikopteri ilə Siirt Dövlət Xəstəxanasına göndərilib  və müalicə zamanı xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq şəhid olub. Ailəsinə və silahdaşlarına başsağlığı veririk” deyə məlumatda bildirilib.