Vyetnamda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün 3 aydır bağlanan məktəblər yenidən açılır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Vyetnam höküməti tərəfindən edilən yazılı açıqlamada, pandemiya səbəbiylə qoyulmuş bir sıra qadağaların aradan qaldırılması və bəzi müəssisələrin yenidən fəaliyyətə başlanması barədə məlumat verilib. 

Belə ki, 3 aydır bağlı olan təhsil sistemləri açılıb. Lakin, şagirdlərin yenidən təlimə başladığı məktəblərdə epidemiya riskini minimuma endirmək üçün maska taxmaq vacib olduğu vurğulanıb.

Qeyd edək ki, Vyetnamdakı bütün təhsil müəssisələri, fevral ayında, ölkədə ilk yeni növ koronavirus hadisələri meydana çıxmağa başlayanda bağlanıb. Bütün təlim fəaliyyətləri internet üzərindən aparılıb.

Bu günə qədər ölkədə 271 yeni növ koronavirus yoluxma halı aşkar edilsə də, virus səbəbindən  itki qeydə alınmayıb.