Qazaxıstanda Prezident Administrasiyasının vitse-prezidenti olan Maulen Aşimbayev senat seçkilərində birinci olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rəyasət Heyətinin verdiyi açıqlamada, Prezident Kasım-Jomart Tokayevin qərarı ilə Aşimbayevin Prezident Administrasiyasının vitse-prezidentliyindən senat üzvü seçildiyi bildirilib.

Bildirək ki, M.Aşimbayev buna qədər Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini icra edib.

Qeyd edək ki, konstitusiyaya görə, prezident istefa və ya  vəfat edərsə, səlahiyyətləri senat prezidentinə verilir.