İranda yeni növ koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 74 artaraq 6 min 277-yə çatıb.
Unikal.org İran dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saat ərzində daha 74 nəfərin COVID-19 səbəbiylə həyatını itirdiyini açıqlayıb.
Beləliklə, Cihanpur, ümumi can itkisinin 6 min 277-yə yüksəldiyini, yoluxanların sayının 223 min artaraq 98 min 647-yə çatdığını bildirib.
Virusa yoluxmuş xəstələrin 2 min 676-nın vəziyyətinin ağır olduğunu bildirən Cihanpur, müalicəsi başa çatan xəstələrin sayını 79 min 397-yə çatdığını bildirib.
Qeyd edək ki, COVID-19 pandemiyası ilk dəfə fevralın 19-da İranın Qum şəhərində aşkarlanıb, daha sonra bütün ölkəni əhatə edib.