İspaniyada COVID-19 pandemiyasından ölənlərin sayı son 24 saatda 164 nəfər artaraq 25 min 428-ə çatıb.
Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi, ölənlərin və COVID-19 pandemiyasına yoluxanların son sayını yeniləyib.
Beləliklə, ölkədə martın 18-dən bəri ən aşağı artım olan COVID-19 diaqnozu qoyulan xəstələrin ölüm sayında azalma müşahidə olunub. Belə ki, son 24 saat ərzində 164 nəfər virusun qurbanı olub. Ölkədə virusdan ölənlərin ümumi sayı da 25 min 428-ə çatıb.
Qeyd edək ki, İspaniyada bu günə qədər koronavirus səbəbiylə gündəlik ölümlərin ən yüksək sayı 950 ilə 2 apreldə açıqlanıb..
Nazirlik,həmçinin də, PCR testlərinə görə verdiyi ümumi yoluxma hallarının son 24 saatda 545 artaraq 218 min 11-ə çatdığını açıqlayıb.