Bütün dünyanı təsir sahəsinə çevirən yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd araşdırmaları davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom məsələ ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, əsas məsələ koronaviursa qarşı peyvəndin hazırlanması deyil: 

"Əsas problem həmin peyvəndin dünya ölkələrinə necə çatdırılacağıdır. Bəzi ölkələrin bu peyvənddən faydalandığı, digərlərinin isə kənarda qaldığı dünyanı heç kim qəbul edə bilməz"