Suriyanın cənub-qərbində, İordaniya sərhədinin yaxınlığındakı Müzayrib ərazisində polis postuna silahlı hücum olub, 9 polis öldürülüb.

Unikal.org bu barədə AA-ya istinadən xəbər verir.

Belə ki, Dəraa şəhərinin kənar məhəlləsində iki nəfər hökumət əleyhdarının meyiti tapılıb. Sonra onların mənsub olduğu sübeyhi qəbiləsindən bir qrup polis postuna hücum edərək 9 nəfər polisi aparıblar. Bir müddət sonra həmin polislərin meyiti eyni ərazidə tapılıb.