Qapı istiqamətində ən güclü zərbə vurmağı bacaran 20 afrikalı futbolçunun adı bəlli olub.

Unikal.org xəbər verir ki, "w24news" nəşrinin araşdırmasında "Səbail"in üzvü Maykl Essyen də yer alıb.

Qanalı futbolçu 18-ci sırada qərarlaşıb. Yarımmüdafiəçinin zərbəsinin gücü 117 km/saat olaraq qeydə alınıb.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”in üzvüdür.